Parket kİmyasi
Artıq 90 ildən çoxdur “Bona” şirkəti taxta döşəmə örtükləri üçün ən yaxşı seçimləri təklif edir və biz taxta döşəmənin cilalanması, laklanması, montajı və xidmət göstərilməsi üçün ekoloji cəhətdən təhlükəsiz məhsulların tam çeşidini təqdim edirik.
“Bona” şirkətinin məhsulları peşəkarlar, fərdi istehlakçılar və parket istehsalçıları üçün nəzərdə tutulmuşdur.
Bizdə gözəl taxta döşəmələrinin hazırlanması və onlara xidmət göstərilməsi üçün lazım olan hər şey: UB-şüaların təsiri altında bərkiyən örtüklər, cilalama maşınları, tozdan mühafizə sistemləri, abraziv materiallar, yapışqanlar, laklar (su əsaslı), astarlama və qulluq vasitələri mövcuddur.
Bona Resident Plus
Evdə və başqa yerlərdə taxta döşəmələr üçün normal ağırlıqda sürtülməyə davamlı su əsaslı birkomponentli poliuretan-akrilat lak.
- Qablaşdırma: 5lt
- Material sərfi: 100-120 gr./m
Bona Traffic
Su əsaslı ikikomponentli poliuretan parket lakı. Lak çəkilməzdən əvvəl bərkidici ilə yaxşıca qarışdırılır. Quruduqdan sonra sürtülməyə və aqressiv kimyəvi mühitə davamlı olan nazik poliuretan pərdə əmələ gətirir. Obyektlərin daxilində, sürtülməyə yüksək meylli döşəmələrdə tətbiq edilir. Yaşayış, ictimai və ticarət yerlərində tətbiqi tövsiyə edilir.
- Qablaşdırma: 5lt
- Material sərfi: 100-120 gr./m
Bona Wave
Su əsaslı ikikomponentli poliuretan parket lakı. Lak çəkilməzdən əvvəl bərkidici ilə yaxşıca qarışdırılır. Quruduqdan sonra sürtülməyə və aqressiv kimyəvi mühitə davamlı olan nazik poliuretan pərdə əmələ gətirir. Obyektlərin daxilində, sürtülməyə yüksək meylli döşəmələrdə tətbiq edilir. Yaşayış, ictimai və ticarət yerlərində tətbiqi tövsiyə edilir.
- Qablaşdırma: 5lt
- Material sərfi: 100-120 gr./m
Bona Remover
Parketin laklanmış səthinin və parket lövhənin dərin çirklərdən, kiçik cızıqlardan, ayaqqabı izləri və qulluq vasitələrinin köhnə qalıqlarından təmizləməsi üçün qatılaşdırılmış vasitədir. BonaRemover zədələnmiş lak qatını əridir və beləliklə, qulluq vasitəsi BonaParkettPolish-in yeni qatı çəkilməzdən əvvəl səthin təmizlənməsini təmin edir. Plitə-lövhə, linoleum və vinil örtüklərdə tətbiq edilə bilər.
BonaRemover vasitəsini BonaSprayMop lif süpürgəsinin köməyi ilə çəkmək və 5 dəqiqə saxlamaq lazımdır, vasitəni 1 l BonaRemover və 5 l su nisbətində həll etmək olar.
İldə 1-2 dəfə BonaRemover tətbiq etməklə lak örtüyünün dərindən təmizləməsini həyata keçirmək tövsiyə edilir.
- Qablaşdırma: 1lt
- Material sərfi: 1lt 80 м2 -a
Bona Gap Master
Bona Gap Master – parket tikişləri üçün tərkibində silikon olmayan poliakril əsaslı ton verilmiş sıxlaşdırıcı kütlədir. O, həm emal edilməmiş və lak vurulmamış ağacda, həm də artıq laklanmış parket döşəmələrdə iri bənd yerlərinin, eləcə də döşəmə yaşmağı və döşəmə (və ya divarlar) arasında, qapı oyuqlarında bənd yerlərinin sıxlaşdırılması üçün nəzərdə tutulub. GapMaster-in tərkibində silikon olmadığı üçün lak onun üzərinə yaxşı çəkilir və laklanmış səthdə ləkələr qoymur. GapMaster ən geniş yayılmış ağac növlərinin rənginə uyğunlaşdırılmış tonlarda istehsal olunur.
Baza rəng qamması: Ağ; ağcaqayın (ağcaqayın, ağ göyrüş, armud); göyrüş (göyrüş, qara şam, şam); açıq fıstıq; tünd fıstıq (fıstıq, kambala, merbau); qara palıd; açıq rəngli palıd; albalı (albalı, tutqun fıstıq, tik).
- Qablaşdırma: 310 ml
- Material sərfi: dəliklərin ölçüsündən asılı olaraq (təxminən 30 m)
Bona Refresher
Ekoloji təmiz su-dispersiya vasitəsi eyni zamanda həm qoruyucu, həm də və parketə qulluq vasitəsidir. O, parketi təravətləndirir və onun üzərində nazik qoruyucu pərdə yaradır. Bona Refresher tutqun (sürtülmüş) səthlərə əvvəlki parıltını qaytarır, bu zaman heç bir ləkə qoymur, həmçinin onun dayanıqlılığını artırır və su keçirməmə qabiliyyətinə malikdir – bu üstün xüsusiyyət onu parketə digər qulluq vasitələrindən fərqləndirir.
- Qablaşdırma: 1lt
- Material sərfi: 1lt 50м2 -a
Bona Soap
Üzərinə yağ çəkilmiş parketin səthinin təmizlənməsi üçün qatılaşdırılmış vasitə. BonaSoap yağın zədələnmiş üst qatını əridir və beləliklə, yığılmış çirklər təmizlənir. BonaSoap 100 ml / 5 l su nisbətində həll edilir və yaşıl padlı (parçalı) diskli maşınla çəkilir. * Qablaşdırma : 1lt * :
- Фасовка: 5л
- Material sərfi: 100ml/ 5 lt suya
Bona Mix Fill
Yüksək keyfiyyətli suvaq məhlulunun (zamazka) alınması üçün akril əsaslı su-dispersiyalı tərkib. Ağac tozu ilə qarışdırıldıqda parketin rəngi ilə identik olan zamaska kütləsi alınır. Hazır yaxma parket döşəmələrin bütün növlərində bənd yerlərinin doldurulması üçün yararlıdır, çatları yaxşı doldurur, tez quruyur və asan cilalanır. BonaMixFill yekun mərhələdə lak örtükləri çəkilməzdən əvvəl parket tamasaların qovuşuq yerlərinin zamazkalanması üçün istifadə olunur.
- Qablaşdırma: 1lt, 5 lt
- Material sərfi: 80 - 100 gr./м2, dəliklərin ölçüsündən asılı olaraq.
Bona R-850
Silanla modifikasiya edilmiş, 1 komponentli poliuretan parket yapışqanı elastik və möhkəm yapışqan tikişinə malikdir. Ədədi, sənaye, mozaik və çoxqatlı parketin, massiv lövhənin yapışdırılması üçün nəzərdə tutulmuşdur, istənilən ağac növü üçün yararlıdır, faner və DSP-nin beton və ya sement-qum layının yapışdırılmasında tətbiq edilə bilər.
- Qablaşdırma: 7kg,15kg
- Material sərfi: 850 - 1200 gr/2
Bona Decking Oil
Finiş örtüyüdür, təbii yağ, mum və kolorant qarışığından ibarətdir, ağacın dərinliyinə nüfuz edir və quruduqdan sonra su və çirk götürməyən qoruyucu-dekorativ örtük yaradır.
- Qablaşdırma: 5lt
- Material sərfi: 100-250 ml/ м2
Bona Wood Floor Cleaner
Rahat qablaşdırmada püskürdücüyə malik olan istifadəyə hazır yuyucu vasitə. Xüsusi olaraq mumla örtülməmiş laklanmış parketin, parket lövhənin və mantar döşəmələrinin gündəlik təmizlənməsi üçün yaradılıb. BonaWoodFloorCleaner çirkləri və ayaqqabı izlərini təmizləməyə imkan verir.
- Qablaşdırma: Sprey 1lt, 4lt
- Material sərfi: 1lt / 30-50 м2
Bona Spray Mop
Dəstə dəyişdirilən qulluq vasitəsi konteynerinə malik lif süpürgə, BonaPad mikrofibra parçası daxildir. Konstruksiyada lif süpürgə istifadə olunmazdan əvvəl vasitənin püskürdülməsi üçün mexanizm və rahat dəstək nəzərdə tutulub. Təmizləmə prosesində nəm və palçıq padın məsaməli strukturunda yığılır, bununla da parketin səthi təmiz qalır və cızıq əmələ gəlmir.
- Qablaşdırma: 1 ədəd
- Material sərfi: 1lt/30-50 м2